Gəncədə bir sıra işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 9 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev prospektinin Şah İsmayıl Xətai prospekti, Adilxan Ziyadxanov, Ruzigar Qasımov və İsrafil Məmmədov küçələri ilə kəsişmələrində müşahidə olunur. Orada yerləşən bütün hərəkət nizamlayıcıları işləmir.
Bu səbəbdən ərazidə sıxlıq əmələ gəlib. Piyada və sürücülər üçün təhlükəli hal yaranıb. Nəqliyyat vasitələrinin sürücüləri öz aralarında anlaşaraq yollarına davam edirlər.