Goranboy rayonunun Dəliməmmədli şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.аz xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib. Hadisəyə sürücünün yuxulu vəziyyətdə sükan arxasında olması səbəb olub.
Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralının vəziyyəti və şəxsiyyəti barədə əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.