Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Xanımın dükanı”nın qarşısında “Wolksvagen” markalı avtomobil işıqforun qırmızı işığında dayanan “Toyota Prado”ya çarpılıb. Nəticədə birinci nəqliyyat vasitəsinin qabaq hissəsi yararsız hala düşüb.
“Wolksvagen”in sürücüsü bildirir ki, qəzaya səbəb onun “qaz” ilə əyləci səhv salması olub. Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.