Gəncədə növbəti küçəyə yol infrastrukturu salınıb. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Qəmbər Hüseynli küçəsindən gedir. Əraziyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb olunub. Öncədən qaşınmış küçəyə yeni asfalt örtüyü çəkilib.
Qeyd edək ki, şəhərin bir sıra küçə və prospektlərində asfaltlanma işləri aparılır.