Gəncədə mərkəzi yolların birində çöküntü əmələ gəlib. Bu haqda Gencexeber.az-a 24 iyun tarixində məlumat daxil olub.
Bu hal Nəriman Nərimanov prospektində müşahidə edilir. Burada avtomobil yolunun bir hissəsi çöküb.
Yaranan çöküntü sürücülərin avtomobillərini idarə etmələrinə maneə törədir. Onların sözlərinə görə, sözügedən məsələ bir müddət əvvəl də əmələ gəlmişdi. Gencexeber.az-a bildirdikdən sonra çöküntü təmir olunmuş, əraziyə beton tökülmüşdü. Yalnız indi yenə də yolun həmin hissəsi çöküb.
Sakinlərin məsələnin bir dəfəlik həll olunmasını istəyirlər.