Gəncədə 15 dekabr tarixində Türkiyəli professorun seminarı baş tutacaq. Bu haqda Azərbaycan Texnologiya Universiteti (UTECA) məlumat paylaşıb.
"Türkiyədə pensiya sistemi" adlı dərs saat 12:00-da Zoom onlayn platforması üzərindən təşkil olunacaq. Seminar Uşak Universitetinin professoru Ercan Özen tərəfindən keçiriləcək. UTECA tələbələri dərsə qeyd olunan link vasitəsi ilə qatıla bilərlər.