Gəncədə küçələrin birində yaranmış natəmizlik aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 14 iyun tarixində məlumat daxil olub.
İşlər Cavad bəy Rəfibəyli küçəsində aparılıb. Bir müddət əvvəl adıçəkilən ərazidə yolun kənarına zibillərin atılması barədə paylaşım etmişdik.
Məsələ ilə bağlı küçəyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub. Ərazi məişət və digər tullantılardan təmizlənib. Antisanitar vəziyyət aradan qaldırılıb.