Gəncənin bir sıra küçələrində piyadaların təhlükəsiz hərəkəti təmin olunmur. Bu haqda Gencexeber.az-a 23 sentyabr tarixində məlumat daxil olub.
Şəhərin Cavad bəy Rəfibəyli, Təbriz, Əbül-Üla Gəncəvi küçələrində, həmçinin bəzi məktəblərin qarşısında piyada zolaqları silinib. Sakinlər bildirirlər ki, “zebralar”ın bəziləri yeni tədris ilindən öncə bərpa olunub. Lakin az müddət sonra rəngi solaraq “yoxa çıxıb”.
Sözügedən ərazilərdən çox sayda məktəbli hərəkət edir. Zolaqların olmaması onlar üçün çətinlik yaradır. Bu hal valideynlərin narahatlığına səbəb olur.
[modula id="46463"]