Gəncədə əvvəlki illərdə ümumi təhsil məktəblərini başa vura bilməyənlər üçün imtahan təşkil olunur. Bu haqda 21 dekabr tarixində Gəncə-Daşkəsən Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə məktəbi başa vura bilməyən şəxslər üçün aralıq imtahanı eksternat qaydasında keçirilir. İmtahanlar "ZOOM" platforması üzərindən onlayn şəkildə həyata keçirilir.
Burada ümumi orta (IX) təhsil səviyyəsi üzrə 68, tam orta (XI) təhsil səviyyəsi üzrə isə 79 nəfər iştirak edəcək.