Gəncədə yol çöküb. Bu haqda Gencexeber.az-a 28 iyul tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Nizami küçəsində müşahidə edilir. Burada yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsində asfalt örtüyü yararsız hala düşüb. Həmin yerdə quyu əmələ gəlib. Sakinlərdən biri sürücülərə xəbərdarlıq olaraq, çuxura budaq yerləşdirib.
“Quyu təzə əmələ gəlib. Düz yolun ortasında yerləşir. Asfalt örtüyünün təmir olunmasını istəyirik, çünki bu hal bizim üçün çətinlik yaradır”, - deyə sürücülər bildirirlər.