Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 12 dekabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Hyundai” markalı avtomobilin sürücüsü maşını “Kapital Bank”ın qarşısında park edən zaman sürətlər qutusunu neytral vəziyyətdə saxlayıb və aralanıb. Nəqliyyat vasitəsi anidən hərəkət etməyə başlayıb. Nəticədə o, “Lexus” markalı avtomobilə çarpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.