Gəncədə kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 8 fevral tarixində məlumat daxil olub.
Sözügedən hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Ərazidə sakinləri içməli su ilə təchiz edən boru partlayıb. Nəticədə küçə boyunca su axır.
Xatırladaq ki, bir müddət öncə adıçəkilən küçədə su borusunun partlaması barədə məlumat vermişdik.