Gəncədə növbəti kommunal qəza qeydə alınıb. Bu haqda Gencexeber.az-a 16 may tarixində məlumat daxil olub.
Hadisə şəhərin Mir Cəlal Paşayev küçəsində baş verib. Ərazidə evləri içməli su ilə təchiz edən yeraltı su xətti partlayıb. Sakinlərin sözlərinə görə, burada ötən gecədən bəri su axır.
Təmiz suyun axaraq israf olunması vətəndaşları narahat edir. Onlar aidiyyəti qurumların məsələyə diqqət yetirməsini istəyirlər.