Gəncədə Azərbaycanın gimnastika üzrə milli yığmanın xoreoqrafı seminar keçirəcək. Bu haqda Azərbaycan Gimnastika Federasiyasının Facebook səhifəsində 9 dekabr tarixində məlumat paylaşılıb.
Milli yığma komandanın xoreoqrafı Ruslan Eyvazov "Gimnastika hamı üçün" və "Qızıl Yaş" proqramı üzrə seminar təşkil edəcək. Tədbir Gəncə Olimpiya İdman Klubunda saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, seminarda iştirak sərbəstdir.