Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 26 dekabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “Mercedes” və “VAZ 2106” markalı avtomobillər işıqforun qarşısında toqquşub.
Nəticədə ikincinin sərnişinləri olan qadın və uşaq yüngül xəsarət alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.