Gəncədə Anım Günü ilə əlaqədar təmizlik aksiyası baş tutub. Bu haqda 26 sentyabr tarixində MKTİB-yə istinadən xəbər veririk.
“Memorial Abidə Kompleksi”ndə təmir-bərpa və təmizlik işləri aparılıb. Şəhidlərin portretləri təmizlənib, parkın ərazisində səliqə-səhman yaradılıb, yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib. İməcilik MKTİB-nin tabeli şöbələri tərəfindən keçirilib.
Qeyd edək ki, burada 27 sentyabr tarixində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
[modula id="46681"]