Gəncədə yolların birində maneə yaranıb. Bu haqda Gencexeber.az-a 4 may tarixində məlumat daxil olub.
Söhbət Şah İsmayıl Xətai prospektindən gedir. Adıçəkilən ərazidə avtomobil yolunun bir hissəsi yararsız hala düşüb.
Bu səbəbdən həmin hissədən keçərkən avtomobillərin alt hissəsi zədələnir.
“Buradan keçəndə çətinlik çəkirik. Tezəlikcə elə avtomobillərdən birinin təkəri çöküntüyə düşüb partladı”, – deyə sürücülər bildiriblər.