Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yürüş keçirilib. Bu haqda 28 sentyabr tarixində Regional Təhsil idarəsinə istinadən məlumat veririk.
"Məktəbdən qələbəyə" adlı yürüş Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, idarə və müəssisə rəhbərləri, regional təhsil idarəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, təhsilverənlər və təhsilalanlar iştirak ediblər.
Yürüş Gəncə şəhər "ASAN Xidmət" Mərkəzinin qarşısından başlayıb, raket atəşi nəticəsində dağılan əraziyədək davam edib. Burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçirilib. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüblər.