"Bizimlə öyrən" adlı silsilə təlim və görüşlər Gəncə şəhərində davam edir. Bu haqda 27 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə təlim keçirilib. Təlim "Mədəniyyətə Könül Ver!" layihəsi çərçivəsində baş tutub.
Təlim Gəncə Dövlət Kukla Teatrının direktoru Əməkdar artist Fərmail Paşayev tərəfindən təşkil edilib. Direktor təlimdə “Danışan kuklalar”dan bəhs edib.