Gəncədə küçələrin birində yeni kanalizasiya və su sistemi çəkilir. Bu haqda Gencexeber.az-a 7 may tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Şəfi bəy Rüstəmbəyli küçəsində görülür. Əraziyə aidiyyəti qurumun canlı qüvvə və texnikası cəlb olunub.
Küçənin bir hissəsi qazılıb. Həmin əraziyə müvafiq olaraq, yeni kanalizasiya və su boruları yerləşdiriləcək.