Gəncədə növbəti təlim baş tutub. Bu haqda 4 avqust tarixində KOB İnkişaf Mərkəzinə istinadən xəbər veririk.
"Startap şəhadətnaməsinin alınması" və "Biznesin hüquqi və fiziki şəxs qismində qurulması" mövzularında maarifləndirici təlimlər Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi tərəfindən təşkil olunub. Burada KOBİM-in eksperti tərəfindən “startap” anlayışı, onların müəyyən olunması meyarları, "Startap" şəhadətnaməsinin verdiyi güzəştlər və müvafiq sənədin verilməsindən imtina halları barədə ətraflı məlumat verilib.
Tədbirdə 20 nəfər iştirak edib. Təlimlərdə, həmçinin biznes ideyasının reallaşdırılması, biznes planın hazırlanma mərhələləri, özəl müəssisənin yaradılması üzrə fəaliyyət planı, marketinq araşdırması planının hazırlanması, satış və istehsal həcminin müəyyənləşdirilməsi, işçilər və investisiya həcminin müəyyənləşdirilməsi, sahibkarlıq sahəsində mövcud elektron xidmətlərlə bağlı danışılıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.