Gəncədə sahibkarlar üçün ödənişsiz təlim təşkil olunub. Bu haqda 8 avqust tarixində Gəncə KOBİM-ə istinadən məlumat veririk.
KOB İnkişaf Mərkəzində "Analitik düşüncə" mövzusunda təlim keçirilib.
Ekspert tərəfindən keçirilən tədbirdə analik düşüncə anlayışı, düşüncə metodları və inkişaf etdirilməsi yolları, eləcə də psixologiyada analitik düşünmənin rolu, şəxsi və karyera həyatında analitik düşüncənin əhəmiyyəti, cəmiyyətin və müəssisələrdə işəgötürənin önəm verdiyi dəyərlər, açıqfikirlilik, mübahisələrin həlli, koordinasiya etmək və kommunikasiya bacarıqları ilə bağlı məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.