Gəncədə küçələrin bəzilərində təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 25 sentyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Hüseyn Cavid və Ziya Bünyadov küçələrindən gedir. Ərazilərdə texnika və canlı qüvvə çalışır. Küçələrdə asfaltlanma işləri gedir.
Bundan başqa, Ziya Bünyadov küçəsində piyada səkisinə də asfalt örtüyü çəkilir.