Gəncədə növbəti dirəklər qəzalı vəziyyətə düşüb. Bu haqda Gencexeber.az-a 25 iyul tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Məhəmməd Səid Ordubadi və İsa Məmmədov küçələrində müşahidə olunur. Burada ərazilərin birində telefon, digərində isə işıq dirəyi qəzalı vəziyyətdədir. Sakinlər bu haldan narahat olduqlarını bildirirlər.
“Dirəklər yola doğru əyilib. Hər kəs üçün təhlükə saçır. Yanına beton dayaq basdırılsa da, vəziyyətləri qəzalıdır. Dirəklərin bərpa olunmasını istəyirik”, - deyə onlar qeyd ediblər.
[modula id="41375"]