Gəncədə tullantılar atılan ərazi təmizlənib. Bu haqda 12 dekabr tarixində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat veririk.
İki gün öncə Ozan küçəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin keçmiş yataqxanasının arxasının sakinlər tərəfindən zibilliyə çevrilməsi barədə məlumat vermişdik. Əraziyə MKTİB-nin əməkdaşları və texnikası cəlb olunub. Burada təmizlik işləri görülüb. Ərazi məişət tullantılarından tam təmizlənib.
Qurum əhaliyə müraciət edərək bildirib ki, məişət tullantılarını bunun üçün nəzərdə tutulmuş konteynerlərə atsınlar, əks halda bu kimi neqativ hallara yol verən vətəndaşlar haqqında inzibati qaydada tədbirlər görüləcək.
Qeyd edək ki, ərazidə tullantılar üçün konteynerlər var.