Gəncədə bir neçə küçə asfaltlanıb. Bu haqda Gencexeber.az-a 28 sentyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Müseyib Bağırov, Mustafa bəy Vəkilov və Ələkbər Ağa Şeyxülislamov küçələrində aparılıb. Ərazidə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası çalışıb. Adıçəkilən küçələrdə avtomobil yollarına asfalt örtüyü çəkilib.
Qeyd edək ki, şəhər ərazisində yerləşən küçələrin mərhələli şəkildə asfaltlanması işləri davam edir.
[modula id="46959"]