Gəncədə yol kəsişmələrində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 31 may tarixində məlumat daxil olub.
Sözügedən hal Cəfər Cabbarlı küçəsinin Şota Rustaveli və Pərviz Səmədov küçələri ilə həmçinin, Heydər Əliyev ilə Nizami Gəncəvi prospektlərinin kəsişmələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə hərəkət tənzimləyiciləri fəaliyyət göstərmir.
Sürücülərin sözlərinə görə, analoji vəziyyət onların çaşqınlığına səbəb olur. Həmçinin sürücülər qəza şəraitinin yaranmasından narahatdırlar.
[modula id="60462"]