Gəncədə yolların birində çöküntü əmələ gəlib. Bu haqda Gencexeber.az-a 4 may tarixində məlumat daxil olub.
Sözügedən hal Eminbəyli və Şah Sevənlər küçələrinin kəsişməsində müşahidə olunur. Adıçəkilən kəsişmədəki yolun bir hissəsi çökərək yararsız hala düşüb.
Sürücülər qeyd edirlər ki, yolda yaranan vəziyyət onların avtomobillərinə ziyan vurur və nəqliyyat vasitələrini idarə etməkdə maneə törədir. Sakinlər yolun təmir edilməsini istəyirlər.