Gəncədə əyilmiş rabitə dirəyi təmir edilib. Bu haqda Gencexeber.az-a 31 may tarixində məlumat daxil olub.
Dünən Cavadxan küçəsinin 8-ci döngəsində rabitə dirəyinin qəzalı vəziyyətdə olması haqda xəbər vermişdik. Əraziyə aidiyyəti qurumların briqadaları cəlb edilib.
Əməkdaşlar tərəfindən ərazidə təmir işləri aparılıb. Rabitə dirəyi təhlükəsiz hala gətirilib.