Gəncədə ərazilərin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 14 iyun tarixində məlumat daxil olub.
Hadisə “İmamzadə” Ziyarətgah Kompleksi ərazisində qeydə alınıb. Burada yolun kənarında yeraltı su xətti partlayıb.
Nəticədə su sızaraq ərazi boyunca axır. Bu səbəbdən yolda gölməçələr yaranıb.