Gəncə şəhərində atletika idman növü üzrə nümunəvi çıxışlar keçirildi. Bu haqda 6 iyun tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər veririk.
"İdman hamı üçün" layihəsi çərçivəsində nümunəvi çıxışlar təşkil olunub. Çıxışlar Regional Gənclər və İdman İdarəsinin və Uşaq və Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub.
Yarışda gənc idmançılar məşqçi Səməd müəllimin rəhbərliyi altında iştirak ediblər.