Gəncədə şəhid övladları üçün Yeni il şənliyi təşkil olunub. Bu haqda Gencexeber.az-a 27 dekabr tarixində məlumat daxil olub.
Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə icra başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, bağça müdirləri iştirak ediblər. Şənliyə Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan 122 nəfər şəhid övladı və onların ailə üzvləri qatılıblar.
Bayram şənliyində məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta məktəb şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri müxtəlif kompozisiyalarla çıxış ediblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
[modula id="30138"]