Bu gün şəhid İsmayıl Bayramovun doğum günüdür.
İsmayıl Məhəmməd oğlu Bayramov 23 sentyabr 1966-cı ildə Gəncədə anadan olub. O, orta məktəbi bitirdikdən sonra, 1984-1986-cı illərdə Almaniya Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olub. Bakı Dəmiryol Texnikumunda təhsil alıb. Dəmiryolunda İşarəvermə və Rabitə Distansiyasında radio-mexanik vəzifəsində işləyib.
20 mart 1992-ci ildə könüllülər dəstəsinə yazılıb. Gəncə batalyonunda Tərtər və Ağdərə rayonlarında erməni faşistlərinə qarşı vuruşub.
İsmayıl Məhəmməd oğlu Bayramov 3 iyul 1992-ci ildə Ağdərə rayonunun Həsənqaya kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.