Gəncədə məktəblilərin sərgisi təşkil olunub. Bu haqda 10 may tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat veririk.
Tədbir Heydər Əliyev Mərkəzinin və Gəncə şəhər 21 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə baş tutub. Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan sərgiyə 16, 21 və 29 nömrəli tam orta məktəblərin dərnək üzvləri qatılıblar.
Burada şagirdlər müxtəlif rəsmlər çəkərək öz bacarıqlarını nümayiş etdiriblər. Tədbirdə, həmçinin mərkəzin əməkdaşı Heydər Əliyevin Azərbaycan mədəniyyətindəki rolundan danışıb.
Sonda müsabiqə iştirakçılarına sertifikatlar təqdim olunub.