Gəncədə növbəti təlim keçiriləcək. Bu haqda 16 iyul tarixində Maarif Evinə istinadən məlumat veririk.
Seminar türk dilində baş tutacaq. “Her şey seninle başlar” adlı təlim 20 iyul tarixində saat 16:00-da Gəncə Maarif Evində təşkil olunacaq. Tədbiri sosioloq Serhat Kalmaz aparacaq.
Burada hansı sahələrdə işləməkdən zövq alırıq, hansı istedadlarımız var, karyeramızı hansı sahədə qurmaq istəyirik və s. kimi suallara cavab tapılacaq.
Tədbirdə hər kəs ödənişsiz olaraq iştirak edə bilər.