Gəncədə binalardan birində təmir işləri aparılıb. Bu haqda 26 sentyabr tarixində MİKTİB-yə istinadən məlumat veririk.
Söhbət şəhərin Heydər Əliyev prospektində yerləşən binadan gedir. MKTİB-nin Təmir-Tikinti və Qəza xidməti şöbəsi tərəfindən 231 A, mənzil 6 ünvanında qəzalı vəziyyətdə olan eyvanın təmirinə başlanılıb.
Qurumun canlı qüvvəsi və texnikası vasitəsilə adıçəkilən ünvanda eyvanın alt hissəsinin yararsız yerləri sökülüb. Bildirilir ki, əvəzində yeni dəmir-beton konstruksiya yığılıb.