Gəncədə işıqforların işləməməsi yolda təhlükə yaradıb. Bu haqda Gencexeber.az-a 27 fevral tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin və Nizami Gəncəvi prospektinin kəsişməsində müşahidə edilir. Orada yerləşən bütün hərəkət tənzimləyiciləri işləmir.
Bu səbəbdən ərazidə sıxlıq əmələ gəlib. Piyada və sürücülər üçün təhlükəli hal yaranıb.
[modula id="33595"]