Gəncədə ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri ilə görüş keçirilib. Bu haqda 14 dekabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, idarənin əməkdaşları, şəhər üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Burada məktəblərdə təlim-tərbiyə işinin təşkili, IX sinif buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, onların nəticəsinə əsasən, tədris prosesinin planlaşdırılması, valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu, BSQ-lərin təşkili və digər məsələlər barədə danışılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.