Gəncədə idmançı təltif olunub. Bu haqda 15 dekabr tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov bir neçə yarışda uğurla iştirak edərək mükafatçı olmuş Dəniz Həbibli ilə görüşüb. İdmançı cüdo idman növü üzrə yeniyetmələr arasında respublikanın zona yarışında +63 kq çəki dərəcəsində I, Azərbaycan Cüdo Federasiyasının yaranmasının 50 illik yubileyinə həsr olunmuş və “Gəncə 2022 Yaponiya səfiri”nin kuboku yarışında III yeri tutub.
Bu səbəbdən o, Baş İdarənin Fəxri Diplomu ilə təltif olunub. Həmid Nəsirov yeniyetməyə gələcək yarışlarda uğurlar arzulayıb.