Gəncədə küçə və prospektləri yağış suları basıb. Bu haqda Gencexeber.az-a 24 may tarixində məlumat daxil olub.
Güclü yağış səbəbindən şəhərin küçə və prospektlərində hərəkət etmək çətinləşib. Sürücü və piyadalar çətinliklərlə üzləşiblər.
Cavad Xan ilə Həsənli qardaşları küçələrinin kəsişməsində yağış suları piyada səkisindən yuxarı qalxıb. Həmçinin leysan nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətləri subasmaya məruz qalıb.