Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Elvin Verdiyev və 2005-ci il təvəllüdlü Kənan Sofuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.