Goranboy rayonunda "Ford" markalı yük avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb, sonra isə dərəyə aşıb.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə rayonun Borsunlu kəndi istiqamətində qeydə alınıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.