Gəncə Gənclər Evində təlim təşkil edilib. Bu haqda 9 may tarixində İnnovativ Bacarıqlar Mərkəzinə istinadən xəbər veririk.
İnnovativ Bacarıqlar Mərkəzi tərəfindən təşkil olunan "Gizli bacarıqların inkişafı" layihəsinin ikinci günü keçirilib.
Gənclərin toplandığı görüşdə onlara beynəlxalq mübadilə proqramları və layihələrin yazılması mövzusunda məlumatlar verilib. Həmçinin təlimdə iştirak edən iştirakçılar arasında müzakirələr aparılıb.