Gəncədə rəsm üzrə təlim keçiriləcək. Bu haqda 7 yanvar tarixində Gənclər Evinə istinadən məlumat veririk.
"Geyimlərin dekorativ bəzədilməsi" adlı təlimi rəsm kursunun rəhbəri Firəngiz Allahverdizadə təşkil edir. Seminar 9 və 11 yanvar tarixlərində saat 14:00-da baş tutacaq.
Burada iştirak ödənişsizdir. Təlimə hər kəs qatıla bilər. Qeydiyyatdan keçmək üçün (055) 911 76 90 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.