top
Gəncənin müxtəlif ərazilərində KOMMUNAL FƏLAKƏT - VİDEO
04 iyul 2025, 18:23
- ↺ +

Gəncənin müxtəlif ərazilərində KOMMUNAL FƏLAKƏT - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncədə bir neçə ünvanda kommunal infrastrukturla bağlı ciddi problemlər yaşanır.

Gencexeber.az-a daxil olan şikayətlərə əsasən, şəhərin müxtəlif ərazilərində vəziyyət getdikcə daha da acınacaqlı hal alır.

Atatürk prospektində binanın zirzəmisini üfunət bürüyüb

Atatürk prospekti 235-241 nömrəli çoxmənzilli binada da vəziyyət kritikdir. Kanalizasiya sistemində baş vermiş qəza səbəbilə çirkab suları binanın zirzəmisinə dolub. Bina ümumilikdə qəzalı vəziyyətdədir — nə yağış sularını axıtmaq üçün novdan sistemi var, nə də elektrik xətləri düzgün çəkilib. Bu, sakinlər üçün həm antisanitariya, həm də təhlükəsizlik baxımından böyük risk yaradır.

Nigar Rəfibəyli küçəsində palçıq dənizi

Dəmiryolu vağzalı yaxınlığında yerləşən Nigar Rəfibəyli küçəsində (6-cı küçə) kanalizasiya sistemi ümumiyyətlə mövcud deyil. Bu səbəbdən çirkab sular birbaşa küçəyə axır. Hazırda ərazidə vəziyyət daha da ağırlaşıb — su borusunun partlaması nəticəsində torpaqla qarışan su küçəni palçıq dənizinə çevirib. Antisanitariya və qoxu əhali üçün dözülməz hala gəlib.

Ağa Mirzə Əhmədov küçəsində hasar uçmaq üzrədir

Ağa Mirzə Əhmədov küçəsi, ev 18-in qarşısında yerləşən həyətyanı sahənin yanından keçən köhnə bərə uzun müddətdir baxımsız vəziyyətdədir. İndi isə bu bərə zibillərlə dolaraq tıxanıb, daşan çirkab sular hasarın dibini yuyub, iri çala yaradıb. Nəticədə hasarın özülü boşalıb və onun istənilən an uçma riski var. Sakinlər təhlükənin qarşısının alınması üçün təcili tədbirlərin görülməsini tələb edirlər.

Üzeyir Hacıbəyli küçəsində yataqxana bataqlığa dönüb

Gəncədə 80-dən çox ailənin yaşadığı yataqxanada da uzun müddətdir kanalizasiya problemi yaşanır. Üzeyir Hacıbəyli küçəsi, döngə 4, bina 1 ünvanında yerləşən keçmiş toxuculuq fabrikinin binası SSSR-i dövründən qalma infrastruktura malikdir. İllərdir baxımsız qalan bu yaşayış yerində kanalizasiya aylardır daşır və ətrafı dözülməz qoxu bürüyüb. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, hələ də heç bir tədbir görülməyib.

Sakinlərin səsləndirdiyi ümumi çağırış: “Kommunal iflasın qarşısı alınsın”

Şikayətlər göstərir ki, Gəncənin bir çox ərazisində kommunal infrastruktur ya mövcud deyil, ya da bərbad vəziyyətdədir. Sakinlər aidiyyəti qurumlardan problemin həllini sürətləndirməyi və insan sağlamlığı üçün real təhlükə yaradan antisanitar şəraitin aradan qaldırılmasını tələb edirlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər