Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, “Gəncə Mall” ticarət mərkəzinin qarşısında qeydə alınıb. BMW markalı avtomobil ilə motosikletin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralananlar – 1985-ci il təvəllüdlü A.Məmmədova, 1984-cü il təvəllüdlü M.Məhərrəmov və 1972-ci il təvəllüdlü G.Abdullayevadır. Onların vəziyyətlərinin orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.