top
Gəncə yenidən qurulur – şəhər müasir görkəm alır - VİDEO
21 avqust 2025, 17:05
- ↺ +

Gəncə yenidən qurulur – şəhər müasir görkəm alır - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncə şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri davam edir. Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə yeni layihələrlə tanış olublar. Bu gün isə media nümayəndələri üçün xüsusi tur təşkil olunub.

Stadion müasir standartlara uyğun tikilir

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev Gencexeber.az-a bildirib ki, Gəncə şəhər stadionu müasir standartlar əsasında yenidən inşa edilir. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən, stadionun layihələndirilməsi və tikintisi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat ayrılıb.

Stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb, köməkçi məşq meydançaları və Futbol Akademiyası üçün bina tikilib. Arenanın ümumi sahəsi parklanma zonaları ilə birlikdə 12 hektardan çox olacaq. Burada fiziki məhdudiyyətli tamaşaçılar üçün xüsusi yerlər, media və VIP zonalar, futbolçular üçün soyunma, konfrans və tibbi otaqlar da yaradılır. Yeni stadion 2025-ci ilin sentyabr-oktyabr aylarında baş tutacaq Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.

“Azerbazalt” zavodu – yeni istehsal gücü

Gəncədə əsası qoyulan “Azerbazalt” MMC-nin bazalt məhsulları zavodunda ildə 360 min ton orqanik gübrə istehsal ediləcək. Layihənin birinci mərhələsinin investisiya dəyəri 27 milyon manat təşkil edir.

Müəssisə İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq və Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan keyfiyyətli bazalt xammal kimi istifadə olunacaq. Zavodda 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Memorial Kompleks – Gəncənin xatirə məkanı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov isə bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Memorial Kompleksində görülən işlərlə də tanış olublar. 2022-ci ildə əsası qoyulan kompleks 44 günlük Vətən müharibəsində Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək.

Ümumi sahəsi 4 hektar olan ərazidə ikimərtəbəli muzey binası, sərgi və konfrans zalları inşa olunur. Burada dağıdılmış yaşayış binalarının yerləri, mülki əhaliyə qarşı törədilmiş cinayətləri əks etdirən ekspozisiyalar ziyarətçilərə təqdim ediləcək. Ərazidə 700-ə yaxın ağac, 12 mindən çox dekorativ kol və gül əkilməsi nəzərdə tutulub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 08:26

Gəncədə uşaqların qayğısı üçün ayrılan ərazi təmizləndi

Bütün xəbərlər
05 noyabr 2026, 16:39

Tələbələr Nizami məqbərəsinin ətrafını TƏMİZLƏYİB

Oxşar xəbərlər