Gəncədə şəhidlərin portretləri çəkilib. Bu haqda 21 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetində tələbələrə “Mənim müasirim (hərbçi)” mövzusunda çalışma verilib. Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasının 3-cü kursunda təhsil alan gənclər Kompozisiya fənnində şəhidlərimizin portretlərini canlandırıblar.