Gəncədə universitet rəhbərliyi əməkdaşlarla görüşüb. Bu haqda 30 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
GDU-nun rektoru Yusif Yusibov II Qarabağ müharibəsi qazilərini, o cümlədən universitetin Daxili Nəzarət Xidmətinin rəisi Xəqani Umudovu və mühafizə polislərini qəbul edib. Görüş Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə baş tutub.
Rektor tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, onlara şəxsi həyatlarında uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.