Gəncədə tələbə yataqxanasında şənlik keçirilib. Bu haqda 30 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
Gəncə Dövlət Universitetinin Tələbə Yataqxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram şənliyi və ziyafət təşkil olunub. Burada universitetin rektoru Yusif Yusibov, prorektorlar, ali məktəbin əməkdaşları, tələbələr və 44 günlük Vətən müharibəsi qaziləri iştirak ediblər.
Yusif Yusibov tədbir iştirakçılarını qarşıdan gələn yeni il münasibətilə təbrik edib, tələbələrə qış imtahan sessiyasında uğurlar arzulayıb. Şənlikdə tələbələrlə birlikdə bayram tortunun kəsilməsi, Şaxta baba və Qar qızın şənliyə gəlməsi tədbiri daha da əyləncəli edib.
Bayram şənliyi müxtəlif rəqs və musiqi nömrələri ilə başa çatıb.